12 C
Baku
28 Mart 2026, 18:40
DünyaSiyasət

İsveçrə Xartumdakı səfirliyini bağlayacaq

Bugun.tv xəbər verir ki, İsveçrə təhlükəsizlik baxımından Xartumdakı səfirliyini bağlamaq qərarına gəlib.

Bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin Twitter hesabında məlumat paylaşılıb.

“Təhlükəsizlik məqsədilə Xartumdakı səfirliyimizi bağlayırıq. Sudandakı diplomatlarımız və onların ailə üzvləri təxliyə olunub. Bu, tərəfdaşlarımızla, xüsusən də Fransa ilə əməkdaşlığımız sayəsində həyata keçdi. Dəstəyinizə görə təşəkkür edirik”, – məlumatda deyilir.

İsveçrə Xarici İşlər Nazirliyi aprelin 21-də verdiyi açıqlamada Sudanda gərginliyin artması və ölənlərin sayı ilə bağlı dərin narahatlığını ifadə edib. Tərəflərdən qlobal atəşkəs çağırışlarına qulaq asmalarını istəyib.

Qeyd edək ki, aprelin 15-də Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında qarşıdurmalar başlayıb. Toqquşmalar zamanı 100-dən çox dinc sakin həyatını itirib.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu