23 C
Baku
19 İyul 2025, 5:31
Baş xəbərDünya

İsveçrə yenidən silah ixrac edəcək

Bugun.tv xəbər verir ki, İsveçrə istehsalı olan silahların ixracı ilə bağlı qərar İsveçrə parlamentində qəbul edilib.

İsveçrə Parlamentindən verilən yazılı açıqlamada İsveçrə istehsalı olan silahların Dövlətlər Şurasında təkrar ixracına icazə verən qətnamə 22 əleyhinə 17 səslə təsdiqləndi, 4 üzv isə bitərəf qalıb.

Bəyanatda, “İsveçrədən müharibə materialı alan ölkələrə şəraitdən asılı olaraq İsveçrə istehsalı olan silahları silahlı qarşıdurmalarda iştirak edən ölkələrə təkrar ixrac etməyə icazə verilməlidir” deyə bəyanat daxil edilib.

Həmçinin qeyd edilib ki, yeni qərar geriyə qüvvəyə minəcək və yalnız “insan hüquqlarını pozmayan və mülki əhaliyə qarşı silah işlətməyən hədəf ölkələri” təkrar ixraca icazə veriləcək.

Bəyanatda həmçinin İsveçrə Federal Məclisinin gələcəkdə silah ixracı ilə bağlı vəziyyətə əsaslanan qərarlar qəbul etməli olmayacağı da bildirilib.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra İsveçrə istehsalı olan silahların üçüncü ölkələrə təkrar ixracı gündəmə gəlib.

İsveçrədə Nümayəndələr Palatası ötən ay İsveçrənin Ukraynaya silah ixracı qaydalarını yumşaltmayacağına qərar verib.

Mənbə: m.haber7

Aynur Camal

Oxşar xəbərlər

17 iyul – Emoji Günü

Aynur Camal

Quranın yandırılması yolverilməzdir!

Bugün TV

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri məlum oldu 

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu