25 C
Baku
8 Sentyabr 2025, 11:35
Baş xəbərDünya

İsveçrə 11 Fələstin və İsrail qeyri-hökumət təşkilatına maliyyə dəstəyini dayandırdı

Bugun.tv xəbər verir ki, İsveçrə hökumətinin 11 Fələstin və İsrail qeyri-hökumət təşkilatına maliyyə dəstəyini dayandırdığı açıqlanıb.

TRT Haber-in məlumatına görə, İsveçrə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, İsrail ilə Fələstin arasında oktyabrın 7-də başlayan qarşıdurmalardan sonra hökumətin 11 Fələstinli və İsrailli qeyri-hökumət təşkilatına maliyyə dəstəyini dayandırdığı bildirilib. Açıqlamada 6 Fələstin və 5 İsrail təşkilatının qərardan təsirləndiyi bildirilib. Açıqlamada nazirlik tərəfindən qeyri-hökumət təşkilatlarına ayrılan maliyyə dəstəyindən düzgün istifadə edilməli olduğu, Yaxın Şərqdə əməkdaşlıq proqramı ilə bağlı maliyyə axınlarının ətraflı təhlilinin aparılacağı bildirilib. Bəyanatda bu təşkilatların nazirliyin Yaxın Şərqdə əməkdaşlıq proqramları çərçivəsində dəstəkləndiyi bildirilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Türkiyə ən güclü qeyri-nüvə bombasını təqdim etdi

Aynur Camal

Yol qəzası oldu: 2 nəfər bıçaqla yaralandı

Bugün TV

Çaya dəvət edilməyən tibb bacısı təzminat olaraq 41 min funt sterlinq qazandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu