İsveçrə Konfederasiyasının prezidenti Viola Amherd 15-16 iyun tarixlərində Ukrayna Sülh Sammitinə ev sahibliyi edəcəklərini açıqlayıb. Dünya liderlərini ilk “Ukrayna Sülh Sammitinə” dəvət etməkdən şərəf duyduğunu deyən Amherd, iyun ayında Nidvalden kantonunun Bürgenstok şəhərində sammitin keçiriləcəyini qeyd edib.
“Gəlin sülh yoluna doğru Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsaslanan dialoqu inkişaf etdirək. Qlobal əməkdaşlıq sülhsevər gələcəyin formalaşdırılmasının açarıdır”, – Amherd bildirib.
İsveçrə Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, sammitə dünyanın müxtəlif ölkələrindən 160-dan çox nümayəndə heyəti dəvət olunub.
Bəyanatda bildirilib ki, sammitin ümumi məqsədi BMT Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanan sülh təkliflərini müzakirə etmək və gələcəkdə Ukraynada sülh prosesinə ilham verməkdir.
Bəyanatın “sual-cavab” hissəsində Rusiyanın hazırkı mərhələdə sammitə dəvət olunmadığı bildirilib: “İsveçrə Rusiyanı bu sammitə dəvət etməyə hər zaman açıq olub. Bununla belə, Rusiya dəfələrlə ictimaiyyətə açıqlama verib. Bu ilk sammitdə iştirak etməkdə heç bir marağı yoxdur. İsveçrə hesab edir ki, Rusiya bu prosesdə iştirak etməlidir”.
Sammitlə bağlı ilk bəyanat yanvarın 15-də verilmişdi.
Rəsmi təmaslar üçün İsveçrənin paytaxtı Bernə gələn Ukrayna prezidenti Vladimir Zelenski yanvarın 15-də Amherd ilə görüşüdü.
Burada keçirilən birgə mətbuat konfransında danışan Zelenski yanvarın 16-dan etibarən İsveçrə ilə sülh sammitini planlaşdırmağa başlayacaqlarını bildirib.
Zelenski sammitə yalnız Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrin dəvət ediləcəyini, Rusiyanın danışıqlarda iştirak etməyəcəyini və Çinin də iştirak edəcəyinə ümid etdiyini qeyd etmişdi.
Mənbə: TrtHaber