Baş xəbər

İT və proqramlaşdırma üzrə tələbə yaz düşərgəsi keçiriləcək

“Bir Könüllü” Tələbə Təşkilatı, “EESTEC JLC Baku” və “IAAS” təşkilatlarının birgə təşəbbüsü ilə 24-29 mart tarixlərində Qubada tələbələr üçün İT və proqramlaşdırma üzrə yaz düşərgəsi təşkil ediləcək.

Bugun.tv-xəbər verir ki, düşərgənin keçirilməsində əsas məqsəd informasiya texnologiyaları sahəsində təhsil alan tələbələrin yarışma vasitəsilə bilik və bacarıqlarının artırılması, eləcə də tələbələr arasında əməkdaşlıq, komanda quruculuğu kimi xüsusiyyətlərin gücləndirilməsidir.

Düşərgə proqramlaşdırma dilləri (PHP, Python, Java, Javascript) və sistem inzibatçılığı istiqamətləri üzrə keçiriləcək.

Düşərgədə ali təhsil müəssisələrinin kompüter elmləri və kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və əlaqəli ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura və doktorantura səviyyəsi üzrə təhsil alanlar və məzunlar iştirak edə bilərlər.

Müraciət zamanı namizədlər proqramlaşdırma və sistem inzibatçılığı sahələrindən birini seçməlidirlər.

Düşərgə iştirakçıları developer və sistem administratoru istiqamətlərində keçiriləcək ilkin imtahan əsasında seçiləcək.

Daha ətraflı məlumat və qeydiyyat üçün link: https://forms.gle/fnPU8AxaQcZ41CkPA

Qeydiyyat prosesi 9 mart tarixinədək davam edəcək.

Mənbə: Elm və Təhsil nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Qayıq qəzasında ölənlərin sayı 30-a çatdı

Bugün TV

 Yerlə toqquşma ehtimalı 83-də 1 olan 60 metrlik asteroid kəşf edilib

Aynur Camal

Məşhur aktyor Riçard Gerenin Trampı qəzəbləndirəcək çıxışı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu