7 C
Baku
21 Dekabr 2025, 10:37
Digər

İtaliya Baş nazirinin müavini Makronun Ukraynaya qoşun göndərmək təklifini tənqid edib

Bugun.tv xəbər verir ki, Matteo Salvini Fransa Prezidentinin bu təklifini şərh edərkən belə deyib: “Dəbilqəni, jiletini geyin, tüfəngini götür və Ukraynaya get”. İtaliyalı nazir Avropa ordularının, qitənin yenidən silahlanması və Avropanın raket almaq üçün birgə borclanması kimi təşəbbüsləri “Makronat” adlandırıb. O, həmçinin ABŞ Prezidenti Donald Trampın Ukrayna siyasətini dəstəklədiyini də vurğulayıb. Salvini və Makron arasındakı gərginlik Fransa-İtaliya münasibətlərinə təsirsiz ötüşməyib. Fransa tərəfi İtaliyanın Parisdəki səfiri Emanuela D’Alessandroya bu şərhlərin iki ölkə arasında ikitərəfli münasibətlər, etimad mühiti və tarixi əlaqələrlə ziddiyyət təşkil etdiyini bildirib. Qeyd edək ki, Salvini ilə Makronun fikirləri son illərdə tez-tez toqquşur. İtaliyalı nazir mart ayında Makronun ümumi Avropa müdafiəsi ilə bağlı fikrinə cavab olaraq demişdi: “Nüvə müharibəsindən danışan o çılğın Makronun komandanlıq etdiyi bir Avropa ordusu heç vaxt olmayacaq”.

Bugün TV

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğan: “Rusiya–Ukrayna müharibəsi Qara dənizdə gəmiçiliyi təhlükəyə atıb”

Aynur Camal

Avqustun 8-də Vaşinqtonda baş verən hadisələr qarşıdurmanın və gərginliyin sonu deməkdir

Bugün TV

Tankerin partlaması nəticəsində 30 nəfər öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu