7 C
Baku
15 Dekabr 2025, 7:15
Baş xəbərDünya

İtaliya bu il turistlər üçün ən populyar Avropa ölkəsi olacaq

“Mabrian” səyahət təhlili portalının məlumatına görə, İtaliya 2024-cü ildə Avropa qitəsində turistlərin ziyarət etmək istədiyi ən populyar ölkə olacaq.

Bugun.tv xəbər verir ki, süni intellekt 2023-cü ilin yanvar və oktyabr aylarında sosial mediada səyahət tendensiyalarını araşdırıb. Araşdırma nəticəsində təbiət əsaslı səyahətlərə marağın artdığı məlum olub, hansı Avropa ölkələrinin ziyarətçilərin diqqət mərkəzinə çevriləcəyi sualının cavabı müəyyənləşib. Süni intellekt insanların səyahət seçimlərini müəyyən etmək üçün sosial mediada turizmlə bağlı 380 milyondan çox müzakirəni təhlil edib. Bu məlumatlar əsasında yüksələn tendensiyalarla populyar olacaq səyahət istiqamətləri açıqlanıb.

İtaliya ziyarət etmək üçün dörd potensial populyar məkanı ilə qitə ölkələri arasında birinci yerdə qərarlaşıb. Piedmont şəhəri mədəniyyət, təbiət və qastronomiyanın cəlbedici qarışığı ilə ölkənin ən populyar şəhəri olacaq. Albada ənənəvi göbələk yarmarkası, Via Latteanın yamacları, Langhe üzüm bağları və Maggiore gölü İtaliyanın şimal-qərb bölgəsinə səyahət edənlər üçün müxtəlif fəaliyyətlərlə doludur. Turin aeroportu isə dünyanın hər yerindən ölkəyə asan çıxış təklif edir.

Bildirilir ki, Avropada turistlərin mədəni və təcrübi istiqamətli səyahətlərə marağı artır. Təbiət və qastronomiya turizmi də daxil olmaqla bu istiqamətli səyahətlərin populyarlığı 2019-cu ildən bəri 8 faiz artıb. Buna baxmayaraq, mədəni turizm Avropaya səfər edənlər üçün əsas motivasiya olaraq qalmaqdadır.

Bugün TV

Oxşar xəbərlər

78 qeyri-qanuni mühacir tutuldu

Bugün TV

Praqa görüşünün nəticəsi: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb

Aynur Camal

Binada partlayış baş verib: Ölən və yaralananlar var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu