17 C
Baku
10 İyun 2025, 6:12
Baş xəbərDünya

İtaliya məhkəməsi Maradonaya ölümündən sonra vergidən yayınma ittihamı üzrə bəraət verdi

İtaliya Kassasiya Məhkəməsi argentinalı məşhur futbolçu Dieqo Maradonaya ölümündən sonra vergidən yayınma ittihamı üzrə bəraət verib.

Bugun.tv xəbər verir ki, bu barədə “Reuters” agentliyi idmançının vəkili Ancelo Pisaniyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, məhkəmə “vergidən yayınma ilə bağlı heç bir sübut olmadığını” qəbul edib. Vəkil xatırladıb ki, İtaliyada 1980-ci illərin sonlarında “Napoli”də çıxış etmiş futbolçudan 40 milyon avro almağa çalışıblar. “Bu hekayə bitmiş elan edilə bilər. Maradona İtaliyanın vergi orqanlarına heç bir borcu yoxdur”, – o əlavə edib.

Dieqo Maradona “Barselona”, “Napoli” və “Nyuells Old Boyz”da çıxış edib. Argentina millisinin üzvü kimi 1986-cı ildə dünya çempionu olub. Argentinalı futbol tarixinin ən böyük oyunçularından biri hesab olunur. O, 2020-ci ilin noyabrında 60 yaşında kəskin ürək çatışmazlığından vəfat edib.

İntizar Əmirova

Oxşar xəbərlər

IV Azərbaycan Vokalçılar festivalı start verdi

Aynur Camal

Çavuşoğlu və Blinken Ukrayna taxılının ixracına dair razılaşmanı müzakirə ediblər

Bugün TV

Yediyi konfet onu öldürdü

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu