Baş xəbərDünya

İtaliya Qəzzaya hava yolu ilə humanitar yardım çatdırdı

İtaliya Qəzza bölgəsinə hava yolu ilə humanitar yardımların çatdırılması əməliyyatına başlayıb.

Bugun.tv xəbər verir ki, İordaniyanın paytaxtı Ammandakı aviabazaya çatdırılan humanitar yardımın artıq bir hissəsi təyyarə ilə Qəzzanın şimalına, sahilyanı əraziyə atılıb. İtaliya həftə ərzində Qəzzaya hava yolu ilə daha 100 ton humanitar yardım çatdıracaq.

İtaliyanın müdafiə naziri Quido Krosetto qeyd edib ki, ölkəsi bu əməliyyatla müharibədən əziyyət çəkmiş mülki əhalinin əzablarının azaldılmasına və insanların həyatını xilas etməyə kömək edir.

“Biz fövqəladə vəziyyətin aradan qaldırılması üçün dərhal müdaxilə edirik, eyni zamanda, sülhün ilkin şərti olan davamlı atəşkəs üçün siyasi və diplomatik səyləri dəstəkləməyə davam edəcəyik”, – deyə nazir bildirib.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

İran: ABŞ hava zərbələrini dayandırsa, biz də hücumları dayandıracağıq

Aynur Camal

Ukrayna Avropanın yeni raketdən müdafiə sistemi üzərində işləyir

Aynur Camal

Kim Çen In Koreya müharibəsinin ildönümünü qızı ilə birlikdə qeyd etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu