27.6 C
Baku
10 Avqust 2026, 23:13
Baş xəbərDünya

İtaliya vətəndaşlarından Ukraynanı tərk etmələrini xahiş edir

Bugun.tv xəbər verir ki, İtaliyanın Kiyevdəki səfirliyi öz internet səhifəsində yerləşdirdiyi mesajda öz vətəndaşlarına Rusiyanın getdikcə daha güclü raket hücumlarını nəzərə alaraq Ukraynanı dərhal tərk etməyi tövsiyə edib.

“Hazırda Ukraynada olan vətəndaşlara komendant saatı qüvvədə olmadıqda, hələ də mövcud olan avtomobillərdən, o cümlədən qatarlardan istifadə edərək, dərhal ölkəni tərk etmələri və həddindən artıq ehtiyatlı olmaları tövsiyə olunur. İstənilən halda Ukraynaya bütün səyahətlər qəti şəkildə qadağan edilir”, – mesajda deyilib.

Xatırladaq ki, keçən il də Rusiyanın hücumu başlayan kimi İtaliya Ukrayna səfirliyindəki həddindən artıq personalı geri çağıraraq italyanları Donetsk və Luqansk vilayətlərindən və Krımdan uzaq durmağa çağırıb.

Son məlumatlara görə, Ukrayna Kiyev səmasında 35 kamikadze pilotsuz təyyarəni vurduğunu bildirib.

Həmçinin Rusiya Hərbi Hava Qüvvələrinin bombardmançı təyyarələrinin Odessa vilayəti istiqamətində səkkiz raket atdığı bildiriblər. Partlayışlar Zaporojye, Çerniqov və Dnepropetrovsk ərazilərində qeydə alınıb.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

Çin, Rusiya və Qazaxıstan 2026-cı ilin ilk yarısında Özbəkistanın ən böyük ticarət tərəfdaşları oldular

Aynur Camal

Notr-Damın altında 1 700 illik tarix üzə çıxır

Aynur Camal

Alimlər qədim insan qalıqlarının DNT-sində naməlum insan nəslini aşkar ediblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu