Bugun.tv xəbər verir ki, onları daşıyan İtaliya Hərbi Hava Qüvvələrinə məxsus üç təyyarə paytaxt Roma, Milan və Pisadakı hava limanlarına enəcək. Ümumilikdə (valideynləri ilə birlikdə) 120 nəfərədək fələstinli İtaliyaya gətiriləcək. Azyaşlılara İtaliyanın səhiyyə müəssisələrində lazımi tibbi yardım göstəriləcək. Bu təşəbbüs İtaliyanın “Qəzza üçün ərzaq” layihəsinin bir hissəsidir. İndiyədək İtaliyada müalicə olunan fələstinli uşaqların sayı 180-i ötüb.
Mənbə: AZƏRTAC
