Bugun.tv xəbər verir ki, İtaliyanın “Lecce” futbol klubu baş məşqçi Roberto D’Aversanı istefaya göndərib. Bu barədə komandanın saytı məlumat yayıb.
Martın 10-da İtaliya çempionatının 28-ci turunun matçında “Leççe” doğma meydanda “Verona”ya 0:1 hesabı ilə uduzub. Matç başa çatdıqdan sonra D’Aversa rəqib fransalı hücumçu Tomas Henriyə yaxınlaşaraq onun üzünə baş zərbəsi endirib.
Lecce D’Aversa-nın hərəkətlərini pisləyərək, onları idmanın prinsiplərinə və dəyərlərinə zidd adlandırıb. Bir gün sonra isə məşqçi işdən çıxarılıb.
48 yaşlı D’Aversa 2023-cü ilin iyunundan “Leççe”yə rəhbərlik edib. 28 oyundan sonra klub İtaliya çempionatının turnir cədvəlində 25 xalla 15-ci pillədə qərarlaşıb.
Müxbir Qaytən Qasımzadə
Mənbə lenta.ru
