28 C
Baku
10 Sentyabr 2025, 17:13
Dünya

İtaliyada G7 sammiti: gündəm Yaxın Şərq və Rusiya-Ukrayna müharibəsi

G7 xarici işlər nazirləri İtaliyanın ev sahibliyi ilə görüşüblər. Nazirlərin gündəminin Yaxın Şərq və Rusiya-Ukrayna müharibəsi olacağı bildirilirdi.

G7 xarici işlər nazirləri Yaxın Şərq və Rusiya-Ukrayna müharibəsi gündəmi ilə İtaliyada bir araya gəlib.

G7 ölkələrinin (Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ) xarici işlər nazirləri beynəlxalq böhranları həll etmək üçün İtaliyanın hazırkı prezidentinin ev sahibliyi ilə ikinci görüş keçiriblər.

İtaliya Xarici İşlər Nazirliyinin açıqladığı proqrama əsasən, nazirlər ilk gün iclaslarında Yaxın Şərqdəki böhranları müzakirə edəcəklər.

İki gün davam edəcək iclasın ilk günündə G7-yə Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən nazirlər, həmçinin Ərəb Liqasının baş katibi qatılacaq.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

Zəlzələ qurbanlarını təhqir edən 8 nəfər saxlanılıb

Aynur Camal

Seçki izdihamına tab gətirə bilmədiyi üçün körpü uçdu, 7 nəfər öldü

Aynur Camal

Hər kəs rəsmlərini almaq üçün növbəyə düzülüb!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu