16 C
Baku
11 Oktyabr 2025, 21:37
Dünya

İtaliyada həyat Fələstin üçün dayanıb: 60 şəhərdə etirazlar, limanlar və məktəblər bağlandı

Qəzzəyə edilən hücumlara etiraz edən italiyalılar ölkə boyu tətilə başlayıblar. Liman işçiləri yolları bağlayıb, məktəblər bağlı qalıb, nəqliyyat ciddi şəkildə pozulub.

Demək olar ki, İtaliyada həyat ölkə miqyasında dayanıb. Bu gün 60 fərqli şəhərdə eyni vaxtda keçirilən etiraz aksiyalarında yüz minlərlə insan küçələrə çıxıb.

Şimaldakı Genuya, Toskana ştatının Livorno şəhərində də işçilər liman girişlərini bağlayıblar. Etirazçılar İtaliyanın sionist işğal rejiminə silah və hərbi ləvazimatların daşınması üçün mərkəzə çevrilməsinin qarşısını almaq istəklərini vurğulayıblar.

Nümayişlərə qatılan Müstəqil Dockworkers qrupundan bir fəal, “Fələstin xalqı bizə ləyaqət və müqavimətin mənasını yenidən öyrədir. Biz də bu prosesdə üzərimizə düşəni etməyə çalışırıq” deyib.

Etirazlar təkcə limanlarla məhdudlaşmayıb. Paytaxt Romaya gedən yerli qatarlar gecikib və ləğv edilib, bir çox məktəb isə bağlı qalıb. Bəzi həmkarlar ittifaqı tərəfindən çağırılan tətil gündəlik həyatı, xüsusən də nəqliyyat və təhsili pozub.

Nümayişçilər həmçinin İtaliya hökumətini İsrail rejimi ilə diplomatik və ticarət əlaqələrini kəsməyə çağırıb.

Qeyd olunub ki, 200-dən çox hüquq eksperti də Qəzzada soyqırımın dayandırılmasını tələb edən birgə bəyanat yayıb.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Xarici İşlər Nazirliyi Sudan vətəndaşlarına səyahət xəbərdarlığı edib

Aynur Camal

Rusiya aviabazasına hücum edildi

Aynur Camal

İsrail nazirindən Netanyahuya Qəzza təhdidi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu