20 C
Baku
16 Oktyabr 2025, 15:37
Baş xəbərDünya

İtaliyada ilin əvvəlindən 851 meşə yanğını olub, 56,2 min hektar sahə yandı

İtaliyada ilin əvvəlindən iyulun 31-dək ümumilikdə 851 meşə yanğını baş verib.

Bugun.tv xəbər verir ki, bu barədə ətraf mühitin mühafizəsi ilə məşğul olan “Legambiente” assosiasiyasının hesabatında deyilir.

Bildirilir ki, hesabat dövründə ümumilikdə 56,2 min hektar meşə sahəsi yanıb. Bu ərazi 78 min 800 futbol meydançasına bərabərdir. Milli parklar və mühafizə olunan meşə ərazilərində isə 253 yanğın hadisəsi baş verib. Yanğınlar ən çox ölkənin cənub hissəsindəki Siciliya, Kalabriya, Apuliya, Basilikata, Kampaniya və Sardiniya regionlarında qeydə alınıb.

Qeyd edək ki, ötən ilin analoji dövründə İtaliyada 1515 yanğın olub, 50 min 802 hektar sahə yanıb.

Mənbə: AZƏRTAC

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Azərbaycan və Litva prezidentlərinin geniş tərkibdə görüşü olub – YENİLƏNİB

Aynur Camal

HƏMAS-a 40 günlük atəşkəs təklif edildi

İntizar Əmirova

Rusiyanın Mikolayiv vilayətinə raket hücumu edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu