29 C
Baku
28 İyun 2025, 20:37
Baş xəbərDünya

İtaliyada inflyasiya göstəricisində artım qeydə alındı

Dekabrda İtaliyada inflyasiya səviyyəsi əvvəlki aya nisbətən 0,2 faiz, illik müqayisədə isə 0,6 faiz artıb.

Bugun.tv xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb. Bildirilir ki, ötən ay inflyasiya səviyyəsi 2022-ci ilin dekabrına nisbətdə 11,6 faiz azalıb. Ötən il ərzində istehlak qiymətləri isə orta hesabla 5,7 faiz artıb. 2022-ci ildəki 8,1 faizlik göstərici ilə müqayisədə qiymətlərdəki artımda kəskin yavaşlama da qeydə alınıb.

İnflyasiyanın tendensiya əsasında yavaşlaması, əsasən tənzimlənən enerji məhsullarının qiymətləri ilə izah olunur. Lakin tütün məmulatları da daxil bütün növlər üzrə milli istehlak qiymətləri indeksi aylıq olaraq 0,2 faiz, illik əsasda isə 0,6 faiz artıb. Qida sektorunda qiymətlərin orta illik artımı 9,8 faiz təşkil edib.

İnflyasiya göstəricisinin 2024-cü də artım tendensiyası göstərəcəyi proqnozlaşdırılır.

İntizar Əmirova

Oxşar xəbərlər

Naməlum meyit axtarılır

Nigar Məmmədova

Sakaryada səs-küy döyüşü: 1 ölü

İntizar Əmirova

Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırmağa çox az vaxt qalıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu