Baş xəbərHadisə

İtaliyada meşə yanğınları davam edir

İtaliyanın şimal-qərbindəki Piyedmont bölgəsində dağlıq ərazidə baş verən meşə yanğınları 24 saatdır davam edir.

Bugun.tv xəbər verir ki, bölgədə xeyli insan evlərini tərk etmək məcburiyyətində qalıb. Ətrafdakı bəzi yaşayış məntəqələrində təxliyə prosedurlarına başlanılıb.

Yanğınsöndürənlər, meşə təsərrüfatının əməkdaşları və mülki müdafiə könüllüləri gücləndirilmiş iş rejiminə keçib. Yanğının söndürülməsinə pilotsuz uçuş aparatları, iki təyyarə və bir helikopter cəlb olunub. Yanğınsöndürmə işləri fasiləsiz davam edir.

Bölgədə müşahidə olunan güclü külək səbəbindən yanğının geniş əraziyə yayıldığı bildirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: ABŞ-İran danışıqları dalana dirənib

Aynur Camal

Məhəmməd Əsədullazadə: Ermənistanda seçkilərin əsas mövzusu müharibə və sülh məsələsidir

Aynur Camal

Üç günlük atəşkəs Rusiyanın Ukraynaya yeni hücum dalğası ilə başa çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu