6 C
Baku
24 Fevral 2026, 3:33
Digər

İtaliyada Qərbi Nil virusundan ölənlərin sayı 20-yə çatdı

Bugun.tv xəbər verir ki, ötən gün virusa yoluxan daha bir nəfər həyatını itirib. Ölkədə ilin əvvəlindən indiyədək 179 nəfər bu virusa yoluxub. Yoluxma halları ən çox paytaxt Romanın da yerləşdiyi Latsio regionunda, eləcə də Kampaniya və Lombardiyada qeydə alınıb. 2024-cü ildə isə İtaliyada Qərbi Nil virusuna 460 nəfər yoluxub, onlardan 20-si ölüb. Ağcaqanadların yoluxdurduğu virusa tutulanların təxminən 80 faizində heç bir əlamət olmadığı halda, 20 faizində hərarət, halsızlıq, ürəkbulanma, qusma, başağrısı, əzələ ağrısı kimi simptomlar müşahidə edilir. Qərbi Nil virusuna yoluxma faktlarına daha çox Afrika, Avropa, Yaxın Şərq, Şimali Amerika və Qərbi Asiyada rast gəlinir.

Bugün TV

Oxşar xəbərlər

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu