17 C
Baku
10 İyun 2025, 5:26
Baş xəbərDünya

İtaliyada temperatur Avropanın rekord səviyyəsinə yaxınlaşır

Bugun.tv xəbər verir ki, isti hava Avropanın əksər hissəsinə təsir etsə də, İtaliyanın Siciliya və Sardiniya bölgələrində havanın temperaturunun 47-48 dərəcə çata biləcəyi qeyd olunur.

Qitədə ən yüksək temperatur 2021-ci il avqustun 11-də Siciliyanın Sirakuza əyalətinin Floridiya şəhərində 48,8 dərəcə olub.

İtaliya Meteorologiya Cəmiyyətinin prezidenti professor Luka Merkalli ölkədə temperaturun 40-45 dərəcədən yuxarı qalxacağını ifadə edib. “Rekorda yaxınlaşa bilərik. Hər iki halda da səviyyələr çox yüksək olacaq”.

İtaliyanın mərkəzi və cənub bölgələrində intensiv istilərin təxminən 2 həftə davam edəcəyi, şimal hissələrində isə bir qədər azalacağı gözlənilir.

İstilər Fransa, Almaniya, İspaniya və Polşanı da əhatə edib.

İnsanlara maye qəbulunu artırmaları və istiliklə bağlı xəstəliklərin əlamətlərinə diqqət etmələri tövsiyə olunub.

Kəmalə Sultan

Oxşar xəbərlər

Avropa İttifaqının xarici işlər nazirləri Brüsseldə görüşüblər

Aynur Camal

Çimərlikdə qorxulu anlar! Dənizdə qızı ildırım vurub

Aynur Camal

Almaniyada festival qarışdı! 26 polis yaralandı!

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu