19 C
Baku
28 Oktyabr 2025, 6:02
Baş xəbərDünya

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb oldu

Bugun.tv xəbər verir ki, leysan yağışı və dolu Ravenna, Çervia və Rimini şəhərlərində daşqınlara səbəb olub, küçələri və iş yerlərini su basıb. İnsanlar avtomobillərdə köməksiz vəziyyətdə qalıblar. Güclü külək ağacları yollara və avtomobillərin üzərinə aşırıb, bu, nəqliyyatın hərəkətinə mənfi təsir edib. Ağacların qatar relslərinə aşması nəticəsində Rimini-Ravenna dəmir yolu xəttində dayanmış qatardan 23 nəfər təxliyə olunub. Bölgədə küləyin sürəti saatda 100 kilometrə çatıb. İnfrastruktura, çimərliklərdəki obyektlərə və avtomobillərə ziyan dəyib. Ziyanın miqyasını müəyyənləşdirmək üçün araşdırma aparılır.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Avtomobil PSJ azarkeşlərinin toplaşdığı yerə çırpıldı

Aynur Camal

Parka silahlı basqın nəticəsində 2 nəfər öldü

Nigar Məmmədova

Zibil qabının yanında yeni doğulmuş körpə tapıldı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu