6 C
Baku
21 Dekabr 2025, 8:44
Digər

İtaliyadakı Vezuvi vulkanının ətəklərində meşə yanğını başladı

İtaliyanın Kampaniya regionundakı Vezuvi vulkanının ətəklərində meşə yanğını baş verib.

Bugun.tv xəbər verir ki, iki istiqamətdə yayılan yanğının söndürülməsi üçün 8 təyyarə və yüzdən çox yerüstü heyət cəlb edilib. Yanğın yaşayış məntəqələrindən bir neçə kilometr aralıdadır.

Neapol prefekturasında fövqəladə vəziyyətin əlaqələndirilməsi və həlli üçün daimi işçi qrupu yaradılıb. Vezuvi Milli Parkının məlumatında vəziyyətin ciddi olaraq qaldığı və təbii irsin qorunmasının vacibliyi bildirilib.

Yüksək temperatur və güclü külək alovun geniş əraziyə yayılmasına səbəb olur, hazırda yanğın 1050 metr yüksəkliyə çatıb.

Mülki Müdafiə Departamentinin məlumatına görə, iyunun 15-dən indiyədək Kampaniyada 1060 yanğın hadisəsi qeydə alınıb, 2568 hektar ərazi yanıb.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Asiyanın Mədəni‑Tarixi Turizm Milləti seçilən Azərbaycan

Aynur Camal

21430 manat dəyərində 10 ədəd mobil telefon oğurlandı

Kəmalə Sultan

12 yaşlı məktəbli “saat neçədir” sualına görə üzünə şillə vuruldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu