30 C
Baku
28 İyun 2025, 17:28
Digər

İtaliyalı jurnalistlərin vicdanı Qəzzaya göz dikir: Bu soyqırımdır, susmaq da şəriklikdir

İtaliyalı jurnalistlər Romaya toplaşaraq İsrailin Qəzzada jurnalistlərə qarşı törətdiyi qətliamlara etiraz ediblər. 226 jurnalistin şəhid olmasına diqqət çəkən iştirakçılar beynəlxalq medianı “bu, soyqırımdır” deməyə cəsarət göstərməyə çağırıblar.

İtaliyanın paytaxtı Romada onlarla italyan jurnalist və media işçisi Porta San Covanni meydanına toplaşaraq fələstinli jurnalistlərə qarşı qətliamlara etiraz ediblər.

Qəzzada hücumları zamanı şəhid olmuş mətbuat mənsublarının fotoşəkillərini əllərində saxlayan jurnalistlər beynəlxalq hüququn tapdalandığını və işğalçıların hərbi cinayətlər törətdiyini bildiriblər. İştirakçılar vurğulayıblar ki, jurnalistlər və onların ailələri hədəfə alınır və həqiqət ört-basdır etməyə çalışılır.

Bəyanatda aşağıdakı ifadələr yer alıb:

“Gözümüzün qabağında Qəzzada baş verənlər soyqırımdır. Bu proses zamanı 226 jurnalist öldürülüb. Bu, tarixdə görünməmiş bir rəqəmdir; hətta 20-ci əsrin böyük müharibələrinin itkisi də buna çatmır. Bu cəsur həmkarlar sayəsində dünya Qəzzada baş verənləri öyrənə bildi”.

İkili standartlara qarşı üsyan: Soyqırımdırsa, soyqırımdır

İtalyan jurnalistlər Avropa media qurumlarının Fələstinlə bağlı tətbiq etdiyi ikili standartlara sərt reaksiya veriblər. Xüsusilə “soyqırım” ifadəsini işlətməkdə tərəddüdləri tənqid edən iştirakçılar “Qəzzada baş verənlər soyqırım deyilsə, başqa nə ola bilər” deyərək, İtaliya və Avropa mediasını cəsarətli olmağa çağırıblar.

Jurnalistlər Avropa Birliyinə, xüsusən də İtaliyaya müraciət edərək bu çağırışı ediblər:

“Qəzzəyə humanitar yardımların çatdırılması üçün İsrailə təzyiq edilməli və beynəlxalq media nümayəndələrinin dərhal Qəzzəyə daxil olmasına icazə verilməlidir. Məlumat əldə etmək hüququnun qarşısını almaq demokratik dəyərlərin açıq şəkildə pozulmasıdır”.

İtaliyalı jurnalistlər həm media qurumlarına, həm də rəsmi orqanlara “Səssizlik artıq qəbuledilməzdir” mesajı verərək jurnalistlik peşəsinin şərəfini qorumağa davam edəcəklərini açıqlayıb. Aksiya zamanı şəhid olan fələstinli jurnalistlərin adları bir-bir oxunduqca bir çox iştirakçının göz yaşlarını saxlaya bilmədiyi müşahidə edilib.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Narkotiklərin satışı ilə məşğul olan daha 3 nəfər saxlanıldı

Kəmalə Sultan

Uçmaqdan çətinliklə xilas oldu: 4 nəfər yaralandı

Bugün TV

Sis gözəl mənzərə yaradıb

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu