8.4 C
Baku
5 Mart 2026, 18:23
DünyaSiyasət

İtaliyanın Prezidenti Sercio Mattarella Azərbaycanda rəsmi səfərdədir

Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında Azərbaycan və İtaliya prezidentlərinin dünən mətbuata bəyanatlarla çıxışı barədə şərh verib.

V. Bayramov qeyd edib ki, İtaliya Azərbaycanın vacib tərəfdaşlarından hesab olunur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 11 milyard 390 milyon dollar olub. Azərbaycan və İtaliya arasında ən böyük ticarət dövriyyəsi isə 2022-ci ildə qeydə alınıb: 18 milyard 122 milyon dollar. Bu kəskin artim Rusiya-Ukrayna müharibəsi fonunda dünya bazarında enerji resurslarının və eləcə də mavi qazın qiymətinin kəskin artması ilə bağlı idi.

2024-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 24.0 faizi İtaliyanın payına düşüb. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Bu baxımdan təbii ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanın İtaliya bazarına mavi qaz nəql etməsi ticarət dövriyyəsinin həcminə birbaşa təsir göstərib. Belə ki, Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. İkinci mərhələdə isə bu göstərici 20 milyard kubmetr olacaq. Nəql ediləcək mavi qazın əhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac edilir ki, bu da təbii ki, ölkələr arasındakı iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir.

Dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasındakı münasibətlərin daha da inkişafı baxımından və strateji əməkdaşlığın gücləndirilməsi askpektindən kifayət qədər əhəmiyyətlidir. İtaliya investisiyasının Azərbaycanın qeyri-neft sektoruna və eləcə də işğaldan azad olunan ərazilərimizə cəlb edilməsi də prioritet olaraq qalmaqdadır. O baxımdan rəsmi səfərlər iki ölkə arasındakı əməkdaşlığı daha möhkəmləndirir.

Aynur Camal

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan Ordusu İranın Naxçıvana hücumuna cavab tədbirləri görəcək

Aynur Camal

ABŞ İkinci Dünya Müharibəsindən bəri ilk dəfə olaraq hərbi gəmini torpeda ilə vurdu

Aynur Camal

İran müharibəsi genişlənir: bölgədən təxliyə uçuşları artır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu