15 C
Baku
24 Oktyabr 2025, 1:46
Baş xəbərHadisə

İti maşına bağlayıb sürüyən sürücü tutuldu

Bugun.tv xəbər verir ki, Qaziantepdə iti maşınının arxasına bağlayaraq sürüklədiyi üzə çıxan sürücü haqqında qanuni tədbir görülüb.

Avtomobilin arxasına bağlanmış kəndirlə iti sürüklədiyi anları digər sürücünün cib telefonu vasitəsi ilə çəkilib. Hadisəni törədən şəxs polis tərəfindən yaxalanıb.

Saxlanılan avtomobilin sahibi Əli A.-nın ilk ifadəsində itin öldüyünü və onu kəndirlə maşınına bağlayaraq boş yerə sürüklədiyini bildirdiyi öyrənilib.

Vali Çeber açıqlamasında nəqliyyat vasitəsi sahibinə qarşı qanuni iş başlanıldığını açıqladı və “Sosial mediada şəhərimizdə itin avtomobilin arxasına sürüklənməsi görüntüləri ilə əlaqədar olaraq, nəqliyyat vasitəsinin sahibi müəyyən edildi və dərhal qanuni əməliyyat başladıldı. İnşallah, bu hal bir daha təkrarlanmaz”, – deyib.

Bugün TV

Oxşar xəbərlər

Rusiya Donetskdə irəliləyiş olduğunu açıqlayıb

Aynur Camal

Papadan Qəzzaya növbəti atəşkəs çağırışı

Aynur Camal

Əlilliyi olan 20,1 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu