17 C
Baku
29 İyun 2025, 8:26
Hadisə

İtini gəzdirən qadına ayı hücum etdi

Bugun.tv xəbər verir ki, ABŞ-da axşam saatlarında iti ilə gəzintiyə çıxan Pensilvaniyadan olan qadına ayı hücum edib. Bu barədə CBS News xəbər verib.

Hadisə martın 5-də Batler şəhərində olub. Qadın axşam saat səkkizin yarısı radələrində ev heyvanı ilə gəzintiyə çıxıb. Küçə ilə evlərin kənarında gəzərkən ayı ona hücum edib. Amerikalı xəstəxanaya aparılıb. Həkimlər onu müayinə edib. Aldığı xəsarətlərin həyati təhlükəsi olmadığını bildiriblər.

Hadisə yerinə çağırılan ovçular ağacların birində dişi ayı və üç yeniyetmə balası aşkar ediblər. Yaşlı heyvan aqressiv davrandığı üçün məhv edilməli olub. Balaları sakitləşdirib qəfəslərə salıblar. Dörd heyvandan hansının gəzən qadına hücum etdiyi bəlli olmadığından onlarla nə ediləcəyi hələlik məlum deyil.

Polis serjantı Tomas Vensel bildirib ki, ayı hücumu onun yaşadığı ərazidə onun yaddaşında ilk belə hadisədir. O, həmçinin bildirib ki, balaların məhv edilməsi ilə bağlı qərar verilməsə, onlar bir-birinin ardınca yarqlanaraq yaşayış yerlərindən uzaq meşəyə buraxılacaq.

Müxbir Qaytən Qasımzadə

Mənbə lenta.ru

Bugün TV

Oxşar xəbərlər

Tekstil fabrikində baş verən yanğın nəzarətə götürüldü

Bugün TV

Ər arvadını qətlə yetirdi

Kəmalə Sultan

Yük maşını ilə toqquşan minik avtomobilində 7 nəfər yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu