24 C
Baku
13 Sentyabr 2025, 14:32
Baş xəbərDünya

İtkin düşən balıqçının cəsədi timsahın qarnından tapıldı

Bugun.tv xəbər verir ki, Avstraliyada dostları ilə balıq tutarkən yoxa çıxan 65 yaşlı kişinin meyiti timsahın içərisindən tapılıb.

Balıqçı Kevin Darmodini sonuncu dəfə şənbə günü duzlu su timsahlarının yaşayış yeri kimi tanınan Şimali Kvinslanın Kennedy’s Bend bölgəsində görüblər.

Polis iki gün ərzində ərazidə axtarış apardıqdan sonra iki böyük timsahı öldürüb və insan qalıqları tapıb.

Cəsədin şəxsiyyəti hələ rəsmi olaraq müəyyən edilməyib, lakin polis bunu 65 yaşlı kişinin axtarışlarının “faciəli sonu” kimi təsvir edir.

Timsahlardan yalnız birində insan qalıqları tapılıb, lakin rəsmilər hər iki timsahın əli olduğunu düşünürlər.

Aynur Camal

Oxşar xəbərlər

Apple elan etdi: süni intellekt funksiyası iPhone-a gəlir

Teymur Əziz

Məktəbə meyvə bıçaqlı hücum: 2 ölü, 10 yaralı

Aynur Camal

Narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı 

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu