Baş xəbərHadisə

İtkin düşən helikopterin qəzaya uğradığı məlum oldu! Ölənlər var!

Bugun.tv xəbər verir ki, Nepalda içində 6 nəfərin olduğu helikopterin Everest dağından qayıdarkən qəzaya uğradığı müəyyən edilib. 5 nəfərin öldüyü bildirilir.

Hadisə Everest dağından paytaxt Katmanduya qayıdarkən baş verib. Radarlardan itən helikopterin qalıqları Lamajura bölgəsində tapılıb.

Bildirilib ki, pilot və 5 əcnəbi turisti daşıyan helikopterin qalıqları arasından onlarınn cəsədi tapılıb. Bir nəfər isə hələ də itkindir. Pilotun Nepal, turistlərin isə Meksika vətəndaşları olduğu qeyd edilib.

Məlumdur ki, mussonlar zamanı bölgədə uçuşların gecikməsi və marşrutun dəyişdirilməsi adi haldır.

Everest zirvəsində görmə məsafəsinin azalması, musson yağışları və əlverişsiz hava şəraiti səbəbindən bölgədə alpinizm mövsümü may ayında başa çatıb. Yay aylarında dağlara uçuşlar nadir hallarda baş verir.

Mənbə: TRT Haber

Bugün TV

Oxşar xəbərlər

Deputat Qədir gecəsinin vaxtı ilə bağlı paylaşım edib

Aynur Camal

“İranın sərhədlərinin dəyişdirilməsi real görünmür”

Aynur Camal

“Ramazanın son günlərindən yararlanmağı unutmayaq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu