28 C
Baku
10 Sentyabr 2025, 19:25
Baş xəbərKriminal

İtkin düşən şəxs axtarılır

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bugun.tv-yə verilən məlumata görə, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsanə Tağıyeva may ayının 18-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Həmin şəxsin əlamətləri belədir: Boyu 155 sm, gözlərinin rəngi qara, qara və qısa saçlara malikdir, orta bədən quruluşludur.

Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli qısaqol köynək və sarı rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bugün TV

Oxşar xəbərlər

Azərbaycan Almaniyaya yeni səfir təyin edib

Aynur Camal

Həkimlərin, aparıcıların adından dələduzluq edən şəxs saxlanıldı 

Kəmalə Sultan

Bu ölkədə sosial media qadağası tətbiq edildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu