23 C
Baku
9 İyun 2025, 21:51
Dünya

İtkin düşmüş alpinist 22 ildən sonra tapıldı

2022-ci ildə Perunun ən yüksək dağına qalxmaq istəyərkən uçqun altında qalan amerikalı alpinist hadisədən düz 22 il sonra tapılıb. Uzun müddət buzun altında qaldığı üçün alpinistin bədəni və paltarı demək olar ki, toxunulmaz olub.

22 il əvvəl Peruda qar uçqunu altında qalan amerikalı alpinistin cansız cəsədi tapılıb. 58 yaşlı Uilyam Stampfl 2002-ci ildə Perunun ən hündür dağı Huaskarana dırmaşmağa çalışıb.

Məqsədi And dağlarında 6768 metr hündürlükdə olan dağın zirvəsinə qalxmaq olan Stampfl iki dostu ilə birlikdə qalxma zamanı baş verən uçqun altında qalıb.

USA Today-in xəbərinə görə; Amerikalı alpinistin cansız cəsədi düz 22 il sonra, buzlaqlar çəkilən zaman üzə çıxıb. Polis Stampflın cəsədinin iyulun 5-də 5200 metr yüksəklikdə tapıldığını açıqlayıb.

Yanında gəzdirdiyi pasport və sürücülük vəsiqəsi sayəsində şəxsiyyəti müəyyənləşdirməyin çox asan olduğu açıqlanıb. Stampflın bədəni və paltarının buz və dondurucu soyuqdan yaxşı qorunduğu bildirilir.

DİGƏR DOSTLARI HƏLƏ TAPILMAYIB

Amerikalı alpinistin cəsədi bələdçilərin müşayiəti ilə dağdan endirilib. Stampflın dostlarından birinin cansız cəsədi uçqundan az sonra tapılıb. Onun digər dostu hələ də tapılmayıb. Hər il yüzlərlə alpinist yerli bələdçilərlə Huascaran dağını ziyarət edir. Dağın zirvəsinə çatmaq üçün təxminən bir həftə vaxt lazımdır.

Mənbə: TGRT

Oxşar xəbərlər

Yeni molekul Mendeleyev cədvəli haqqında fikirləri dəyişir

Aynur Camal

Dünyada bir ilk olaraq tarix yazdı! Məhkəmələrdə yeni dövr

Aynur Camal

“Kritik proses”: alimlər planet miqyasında təhlükə barədə xəbərdarlıq edirlər

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu