Baş xəbərHadisə

İtkin düşən 4 nəfər tapıldı

Bugun.tv xəbər verir ki, Hakkaridə Cilo dağının ətəyində buzlaqların yerləşdiyi ərazidə itən 4 nəfərdən 2-si bölgədəki qrupların işi nəticəsində xilas edilib. 2 nəfərin xilasetmə işləri davam edir.

Hakkari valisi İdris Akbıyık bildirib ki, buzlaqların tapıldığı bölgəyə ziyarətə gedən 18 təbiətsevərdən 4-ü yoxa çıxıb.

Hadisə yerinə jandarma, axtarış-xilasetmə və təcili yardım briqadası gəlib. Bölgəni vertolyotla havadan araşdırdığını ifadə edən Akbıyık, qrupların fədakar çalışması nəticəsində itkin düşən 4 nəfərdən 2-si xilas edilərək, xəstəxanaya aparılıb.

Yaralıların sağlamlıq vəziyyətinin yaxşı olduğunu deyən Akbıyık, yeri müəyyən edilən digər 2 nəfərin də xilas edilməsi üçün işlərin davam etdiyini vurğulayıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan qarşılıqlı müdafiə sazişi imzaladı

Aynur Camal

Məktəbdə silahlı hücum: 14 yaşlı yeniyetmə 7 nəfəri öldürdü

Aynur Camal

Prezident İlham Əliyev Media və Yayım Şurası ilə bağlı fərmanı təsdiqlədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu