İsrailin Qəzzaya hücumlarının ilk aylarında qətlə yetirilən kiçik nəvəsi Rim ilə gözlərini öpərək vidalaşdığı görüntüləri ilə hər kəsi vicdanla yaşadan Qəzza sakini Xalid Nebhan da İsrailin hücumunda öldürülüb. İsrailin Qəzza zolağına qarşı qırğınları davam edir.
Qatil İsrail ordusunun hücumlarında həyatını itirən mülki vətəndaşların sayı 45 minə çatıb.
Bu dəfə qatil dəstəsi Qəzzada Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nusayrat Qaçqınlar Düşərgəsinə hücum edib və hücumda çoxlu sayda insan ölüb və yaralanıb.
Mənbələr həyatını itirənlər arasında təxminən bir il əvvəl İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda şəhid olan 3 yaşlı nəvəsi Rimlə “gözlərini öpərək” vida edən Xalid Nebhanın da olduğunu bildirib.
Nebhan keçən ilin dekabrında İsrailin hücumunda şəhid olan nəvəsi Rim-in “ruhumun canı, canımın canı” dediyi cansız bədənini sığalladığı görüntüləri ilə dünyada böyük təsir bağışladı. Gözünün içini öpür, saçını darayır və üzünü silir.
Mənbə: EnSonHaber