Baş xəbərDünya

İtmiş təyyarənin axtarışları 11 ildən sonra yenidən başladı

İllərdir bütün dünya üçün böyük müəmma olan və haqqında sənədli filmlərin çəkildiyi itən Malayziya təyyarəsi üçün təxminən 11 il sonra yenidən axtarışlara başlanılıb. Malay Mail-in məlumatına görə, 2014-cü ilin martında Malayziyadan havaya qalxan və bir daha ondan xəbər alınmayan təyyarənin tapılması üçün tədbirlər görülüb.

Robotlarla okean və dəniz dibindən məlumat toplayan “Ocean Infinity” şirkətinə məxsus Armada 7806 gəmisi axtarış işləri üçün Avstraliyanın Pert sahillərindən təxminən 1000 kilometr aralıda lövbər salıb.

Təyyarənin qalıqları tapılarsa, Ocean Infinity-ə təxminən 70 milyon dollar ödənəcəyi gözlənilir.

NƏ OLDU?Malayziya Hava Yollarına məxsus MH370 reysi 8 mart 2014-cü ildə Malayziyanın Kuala Lumpur Beynəlxalq Hava Limanından Çinin paytaxtı Pekinə qalxıb və təyyarə ilə son əlaqə havaya qalxdıqdan 38 dəqiqə sonra olub.

Ordu radarlarına düşən təyyarənin planlaşdırılan marşrutdan qərbə çıxaraq Hind okeanının cənubuna doğru uçduğu bəzi radar qeydlərində öz əksini tapıb. Təyyarənin 227 sərnişin və 12 ekipaj üzvü ilə Cənubi Hind okeanında qəzaya uğradığı güman edilən nöqtələrdə aparılan axtarışlar aviasiya tarixinin ən bahalı axtarış-xilasetmə əməliyyatı olub. Ancaq bəzilərinin MH370-ə aid olduğu müəyyən edilən təyyarənin hissələri istisna olmaqla, təyyarənin izinə rast gəlinməyib.

2018-ci ilin yanvarında Malayziya hökumətinin dəniz dibi kəşfiyyatı şirkəti “Ocean Infinity” ilə müqavilə bağladıqdan sonra itkin təyyarənin axtarışı bərpa edilib.

Lakin “Ocean Infinity” təyyarənin qalıqlarını tapa bilmədikdən sonra Malayziya 2018-ci ilin iyun ayının ortalarında işlərin dayandırıldığını açıqlayıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Havayda tarixin ən dəhşətli fəlakəti: Ölənlərin sayı 80-ə çatdı

Bugün TV

Tanınmış televiziya aparıcısı Günel Gözəlova Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya üzv seçildi

Bugün TV

Yerin maqnit qütbünün mövqeyi dəyişir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu