27 C
Baku
10 İyun 2025, 9:40
Sosial

IYA.AZ ictimaiyyətə təqdim olundu

“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə yeni yaradılan IYA.AZ səhifəsinə ilkin baxış keçirilib.

Bugun.tv-nin əldə etdiyi məlumata görə saytı Mingəçevir Media Mərkəzində veb proqramçı Teymur Əzizov benefisiarlara, media və qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinə təqdim edib. O, deyib ki, bu resurs ilk növbədə təhsil və iş problemlərini həll etməyə çalışan əhalinin həsas təbəqəsinə xidmət üçün yaradılıb:

“Təşəbbüsün benefisiarları olan şəxslər öz məhsul və xidmətlərini bazara çıxarmaq, maliyyə axtarmaq üçün bu veb səhifənin imkanlarından istifadə edə biləcəklər. Biznes, təhsil və digər əlaqədar mövzuları da burada davamlı müzakirə edəcəklər. İştirakçılar şəxsi kabinetlərinə daxil olmaqla işgüzar  diskussiyalar aparacaq, layihələrini maliyyələşdirmək üçün ianə kompaniyaları  həyata keçirəcəklər. Gələcəkdə daha geniş və fərqli funksiyaların da sayta əlavə olunması nəzərdə tutulub.” – T.Əzizov belə deyib.

Saytda  foto, video və karyera bölmələri də var. Karyera bölməsi vasitəsi ilə istifadəçilər iş imkanları haqda məlumat əldə edə biləcəklər.

IYA.AZ Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi-nin “Mingəçevir Resurs Mərkəzi” MMC ilə birgə icra etdiyi “Mingəçevirdə valideyn təlatümü” təşəbbüsünün bir hissəsi olaraq hazırlanıb. Səhifədəki yazılara görə Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı heç bir məsuliyyət daşımır.

Bugün TV

Oxşar xəbərlər

“Milli Məclisə dəfələrlə çıxarılan bu məsələ, sadəcə müzakirə edilməməli, həlli istiqamətində konkret addımlar atılmalıdır”

Kəmalə Sultan

“Türkiyə və Suriyadakı insanlar üçün birlikdə”

Aynur Camal

Azərbaycanın Türkiyəyə dəstəyi ictimai rəydə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu