Baş xəbər

İyunun 02-də gözlənilən hava şəraiti

Hava haqqında
Bugun.tv xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-21°, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20°, gündüz 28-33° isti, dağlarda gecə 8-13°, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.
Aynur Camal

Oxşar xəbərlər

Nigeriyada silahlılar iki kənddə 15 nəfəri öldülər

İntizar Əmirova

Birgəyaşayış cəhdləri ilə bağlı sənədli film çəkiləcək.

Bugün TV

Pikap tuneldə yük maşınına çırpıldı: 1 nəfər öldü, 3 nəfər yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu