25 C
Baku
3 İyun 2025, 16:34
Baş xəbərMədəniyyət

“Vətən deyəndə” adlı şeir müsabiqəsi keçirildi

Bugun.tv xəbər verir ki, 8 Noyabr ‒ Zəfər Günü ərəfəsində vətənpərvərlik hissinin aşılanması və təbliğ edilməsi məqsədilə İz Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi Respublika üzrə orta məktəb şagirdləri arasında “Vətən deyəndə” adlı şeir müsabiqəsi keçirtdi.
Təşkil olunmuş onlayn şeir müsabiqəsində münsiflər heyəti qismində Xalq şairi Vahid Əziz, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Məleykə Alıqızı, Filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva, şəhid Rəhman İsmayılovun həyat yoldaşı Aysel Əliyeva və İz Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri Fəridə Mirişova iştirak ediblər. Müsabiqədə Azərbaycanın müxtəlif bölgələrindən olan qırx iki məktəbli Zəfər çalmış ordumuzun şanlı qələbəsini özündə əks etdirən, torpaq uğrunda şəhid olan, qəhrəmanlıq göstərən igidlərə həsr olunmuş vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər. Münsiflər heyəti tərəfindən seçim turu aparılaraq şagirdlərin ifaları qiymətləndirilib, ikinci tura on yeddi şagird keçə bilib. Münsiflər heyəti yekdil olaraq ikinci tura keçən şagirdlərin hər birini qalib elan edib. Qaliblər İctimai birlik tərəfindən həvəsləndirici mükafatlar və diplomlarlarla təltif olunublar.

İntizar Əmirova

Oxşar xəbərlər

“Ağzından süd iyi gələn uşaqları yüksək vəzifələrə təyin edirlər…”

İntizar Əmirova

Çində 49 avtomobil toqquşub, azı 16 nəfər ölüb

Aynur Camal

Qohumunun evindən oğurluq edən şəxs saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu