Bugun.tv xəbər verir ki, İzmir sahillərində qeyri-qanuni yollarla xaricə getmək istəyən 17 qeyri-qanuni immiqrant yaxalanıb, yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan 14 qeyri-qanuni mühacir isə sahilə çıxarılıb.
TRT Haber-in məkumatına görə, Sahil Mühafizəsi Komandanlığının internet saytında yer alan açıqlamaya görə, Menderes rayonu sahillərində rezin qayıqda bir qrup qeyri-qanuni immiqrant olduğu xəbəri üzərinə Sahil Mühafizəsinə bir qayıq təyin edilib. Durdurulan qayıqda 17 nizamsız immiqrant tutuldu. Karaburun rayonu sahillərində yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan xilasedici salda olan 14 nizamsız immiqrant da xilas edilib. Qeyri-qanuni immiqrantlar əməliyyatlarının ardından İl Miqrasiya İdarəsi Müdirliyinə göndərilib.
Müxbir: İntizar Əmirova