19 C
Baku
22 Noyabr 2024, 15:48
Baş xəbər

Jalə Əhmədova: “Fransada jurnalistlərimizə qarşı baş vermiş bu hadisə media azadlığına kobud müdaxilədir”

“Söz və fikir azadlığının carçılarından biri olan və özünü demokratiyanın beşiyi adlandıran  Fransada bizim jurnalistlərimizə hücum edilib. Hücum zamanı AzTV əməkdaşlarına bədən xəsarətləri yetirilməsi, çəkiliş kamerasının sındırılması, ən əsası da kameranı geri tələb edərkən jurnalistlərimizin silahla hədələnməsi birbaşa cinayət əməlidir və bu cinayəti törədənlər məsuliyyətə cəlb olunmalıdır”.

Bu fikri Bugun.tv-yə Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.

J.Əhmədova hesab edir ki, Fransada baş vermiş bu hadisə yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə beynəlxalq media azadlığına kobud müdaxilə və jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaq deməkdir.

“Jurnalistlərə qarşı törədilən bu vandal hücumu qətiyyətlə pisləyir, cinayətin qısa müddət ərzində Fransa hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və cinayətkarların müəyyən edilərək cəzalandırılmasını tələb edirik!”, – deputat vurğulayıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

“Böyrəklərdə mövcud problemi USM ilə ilkin mərhələdə təyin etmək mümkün olur”

Aynur Camal

Ekvadordakı vulkan kül püskürür

Aynur Camal

Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu