Bugun.tv xəbər verir ki, Jelka Tsviyanoviç Donald Trampın ikinci prezidentliyi dövründə diplomatik fəaliyyəti və şəxsi nüfuzu ilə beynəlxalq münasibətlərdə mühüm iz qoyan nəticələr əldə etdiyini və çoxsaylı dünya böhranlarının sabitləşməsinə mühüm töhfə verdiyini bildirib. O vurğulayıb ki, ABŞ Prezidenti Ermənistan və Azərbaycan arasında Ağ Evdə imzalanmış sülh sazişi ilə Cənubi Qafqazda uzun müddətdir davam edən münaqişəyə son qoyub, regional əməkdaşlıq və təhlükəsizliyin yeni dövrünün perspektivini açıb. Jelka Tsviyanoviç qeyd edib ki, Donald Tramp, həmçinin Hindistan ilə Pakistan, Tailand və Kamboca, eləcə də Ruanda ilə Konqo Demokratik Respublikası arasında münaqişələrə son qoyub, Yəməndə bağlanan atəşkəs sazişi ilə Qırmızı dəniz regionunda gərginliyin dayandırılmasına və humanitar fəaliyyət üçün şəraitin yaradılmasına kömək edib.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri
