26 C
Baku
11 Sentyabr 2025, 19:03
Dünya

Jellybean paketində marixuana tapılıb

Hollandiyada bir ailənin onu istehlak etdikdən sonra xəstələnməsinə səbəb olan jellybean paketində külli miqdarda marixuana tapılıb. Hadisə ilə bağlı araşdırma başladılıb və istehsalçı paketləri bölgədə toplamaq qərarına gəlib.

Hollandiyada maraqlı hadisə…

Şəhərdə dünyaca məşhur brendin jellybean (jele lobyasını) yeyən ailə qısa zamanda xəstələnib.

1 kiloluq ailə ölçüsündə jele lobya paketini bitirən ailə başgicəllənmə və halsızlıq şikayətləri ilə xəstəxanaya müraciət edib. Xəstəxanada aparılan analizlərdə ailə üzvlərinin qanında yüksək miqdarda narkotik maddə aşkar edilib.

Səlahiyyətlilər bu maddənin jele lobyalarına necə daxil olduğunu anlamaq üçün polis araşdırmasına başlayıb. Esrarın orijinal məhsullarda, yoxsa saxta bağlamalarda tapıldığı hələ də qeyri-müəyyən olaraq qalır.

Hollandiya Qida Təhlükəsizliyi Təşkilatı (NVWA) sınaqlar zamanı bəzi paketlərdə sirr aşkarlandığını təsdiqləyib və vətəndaşlara bu məhsulları istehlak etməmələri barədə xəbərdarlıq edib.

İstehsalçı hadisəni ciddi qəbul etdiyini və istehlakçı təhlükəsizliyinə üstünlük verdiyini açıqlayıb. Çirklənmənin mənbəyini araşdırmaq üçün polislə əməkdaşlıq edən şirkət, Hollandiyada 2026-cı ilin yanvarında son istifadə tarixi olan bütün jellybean paketlərini geri çağırmaq qərarına gəlib.

Digər bölgələrdəki məhsulların bu vəziyyətdən təsirlənmədiyi və təhlükəsiz olduğu bildirilib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Boston Dynamics-in robotu Atlas təkanla qaldırma qabiliyyətinə malikdir

Aynur Camal

Ötən il Serbiyadan 100 mindən çox miqrant keçdi

İntizar Əmirova

Ticarət mərkəzində 2 müsəlman qadına hücum edən qadın saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu