16 C
Baku
17 Oktyabr 2025, 3:50
DünyaSiyasət

Siyasi ekspert: “Jennifer Lopez Moskva konsertini ləğv etdiyini elan edib”

“Azərbaycanda rus müğənnilərinin konsertlərinin ləğv edilməsini şərh edən cənab Şvıdkoy bu qərarın bizim mədəni landşaftımızı kasıbladacağını iddia etmişdi. Bu günlərdə Bakıda keçirilən Justin Bieber-in konsertinə Rusiyadan 15 mindən çox turist gəlib, mənəvi batareyalarını şarj etdi. Gələ bilməyənlər isə Jennifer Lopez-in Moskva konsertinə ümid bəsləyirdi. Ancaq Jennifer Lopezin Moskva konsertini ləğv etdiyini elan edib” – deyən jurnalist, siyasi ekspert Aqil Məmmədov bu barədə məlumatı öz sosial media hesabında paylaşıb.

Ekspert qeyd edib ki, imkanım olsa Rusiya rəsmisinə belə sual ünvanlayardım: Cənab Şvıdkoy, Sizcə, Jennifer Lopezin Moskva konsertinin ləğvi Rusiyanın mənəvi landşaftına tektonik zərbə deyilmi?

Məncə, Rusiyada nə qədər tez başa düşsələr ki, sübut edilmiş elmi faktlara əsasən dünya Moskvanın deyil, Günəşin ətrafında fırlanır, bu, bir o qədər tez yersiz sağçılıq xəstəliyindən sağalmağa kömək edər.

Aynur Camal

Oxşar xəbərlər

Dünyada bir ilk: 16 yaşından kiçiklər üçün sosial media qadağası

Aynur Camal

İsveç Türkiyədən müdafiə sənayesi məhsulları idxalına icazə verdi

Aynur Camal

Texas 100 min qeyri-qanuni immiqrantdan xilas oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu