Bugun.tv xəbər verir ki, o, mətbuatda çıxışında Fransanın potensialına baxmayaraq, dövlətin yanlış idarə olunduğunu söyləyib. “Dövlət əsas vəzifələri ilə məşğul olmalıdır və Fransa risk edən insana yenidən dəyər verməyi öyrənməlidir”, – deyə Bardella vurğulayıb. O, İkinci Dünya müharibəsindən sonra Fransanın sürətli inkişafını xatırladaraq belə davam edib: “1945-ci ildə Fransa diz çökdürülmüşdü. Amma on il sonra ölkə 30 illik iqtisadi yüksəliş dövrünə qədəm qoydu. Çünki o zaman sahibkara və işə götürənə tam etibar var idi”.
“Bu gün ölkəmizin ayağında daşlar var: çoxlu qaydalar, yüksək vergi yükləri, əməkhaqqı sistemi və çox aşağı maaşlar. Biz təklif etmişik ki, dövlət zəmanətli suveren bir fond yaradılsın və onun vasitəsilə fransızlar öz ölkələrinin səhmdarına çevrilsinlər”, – deyə Jordan Bardella bildirib.
Çıxışının sonunda Bardella metaforik və tənqidi bir ifadə ilə diqqət çəkib: “Fransa bəlkə də dünyanın ən yaxşı oyunçularına sahibdir, amma onu eşşəklər idarə edir”. Bu ifadə onun idarəçilik sahəsindəki kəskin narazılığını və dövlət rəhbərliyinə yönəlmiş tənqidini simvolizə edir. Bardella ölkənin qarşısındakı maneələrin əsas səbəbi kimi bürokratiya və dövlət siyasətindəki zəifliyi göstərir.