4 C
Baku
28 Fevral 2026, 4:07
Dünya

Joseph Goebbelsin villası istəyən hər kəsə pulsuz veriləcək!

Adolf Hitlerin sadiq tərəfdarı Joseph Goebbelsin villası istəyən hər kəsə pulsuz veriləcək!

Heç kim Adolf Hitlerin sağ əli və alman nasist təbliğatçısı Cozef Göbbelsin evini almaq istəmirdi. Lüks villa istəyənə pulsuz veriləcək.

Hitlerin həmişə sevdiyi alman nasist təbliğatçısı Cozef Göbbelsin dəbdəbəli villası baxımsızlıq ucbatından xarabalığa çevrilib. Berlin hökuməti 17 hektar ərazidə yerləşən evi satışa çıxardı, lakin heç kim maraqlanmadı.

Maliyyə naziri Stefan Evers, “Berlin əyalətindən hədiyyə olaraq, almaq istəyən hər kəsə mülkün pulsuz verilməsini təklif edirəm” deyib.

Hökumətin əmlakı satmaq cəhdlərində uğursuzluğa düçar olması və hökumətin kompleksin saxlanması və təhlükəsizliyini ödəməkdən imtina etməsindən sonra iqamətgah yararsız vəziyyətə düşüb.

Bildirilib ki, iqamətgahda ağacların aşması, dam örtüyünün mamır basması və köhnəlmiş divarların yaratdığı problemlər yaranıb. Hökumətin söküntü qərarına vətəndaşların reaksiyası səbəbindən söküntü planı da ləğv edilib. Böyük bağ evi 1936-cı ildə Berlindən kənarda, Wandlitzdə tikilmişdir. Bogensee gölünə baxan iqamətgah o dövrdə lüks sayılırdı.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu