19 C
Baku
8 Sentyabr 2024, 3:21
Baş xəbərMədəniyyət

JSİD dövlət qurumlarında təlimlərə başladı  

Bugun.tv xəbər verir ki, “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi “Korporativ Sosial Məsuliyyət və dövlət qurumları: media və vətəndaş cəmiyyətinin rolu” layihəsi çərçivəsində təlim-görüşlərə start verilib. İlk iki tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinin əməkdaşlarının iştirakı ilə keçirilib.

Məqsəd sosial fəallıq və problemlərin həlli istiqamətində dövlət qurumlarının öz fəaliyyətləri üzrə ata biləcəyi addımlar, eləcə də etmədiklərini aydınlaşdırmaq, nəticədə vətəndaş və əməkdaş məmnunluğunun aşağı düşməsi, media və vətəndaş cəmiyyətləri ilə birgə işin düzgün qurulmasıdır. Eyni zamanda, dövlət qurumlarının Korporativ Sosial Məsuliyyət strategiyası ilə bağlı hansı işlər gördüyünü aydınlaşdırmaq, təcrübə mübadiləsi aparmaq layihənin əsas prioritetidir.

DTSERA-nın əməkdaşlarının iştirakı ilə keçirilən iki təlim-görüşə, eyni zamanda media və vətəndaş cəmiyyəti nümayəndələri də qatılıblar.

Layihənin rəhbəri və müvafiq QHT-nin sədri Günel Gözəlova layihə çərçivəsində ƏƏSMN-ə müraciət etdiyini və qurumun çox operativ əməkdaşlığa şərait yaratdığını vurğulayıb. Məhz bu addımı KSM çərçivəsində, həm də bir strateji dövlət qurumunun məsuliyyətini dərk etməsi kimi dəyərləndirini deyib. Layihə çərçivəsində hazırlanan “Korporativ Sosial Məsuliyyət nədir? Dövlət qurumları niyə məhz bu strategiyanı öz fəaliyyətlərində ana xətt kimi qəbul etməlidirlər?”- səbəblər və nəticələri özündə əks etdirən bir qrafik videoçarx təqdim olunub.

Daha sonra Marketinq, ictimaiyyətlə əlaqələr, reputasiyanın idarə edilməsi və beynəlxalq tədbirlərin təşkili, eləcə də idarə olunmasında ixtisaslaşan Səfər Aslanov təlim keçib. O, öncə korporativ vətəndaşlıq və dayanıqlılıq anlayışları barədə məlumat verib. Dayanıqlılıq elementlərinin tətbiqi, “2030-Dünya Dayanıqlılıq Hədəfləri” ətrafında faktları bölüşüb və təlim sual-cavabla davam edib.

Qeyd edək ki, “Korporativ Sosial Məsuliyyət və dövlət qurumları: media və vətəndaş cəmiyyətinin rolu” layihəsinə iyulun 1-dən start verilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir və 31 sentyabr tarixinə qədər davam edəcək. Növbəti təlim-görüşlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda keçiriləcək.

Kəmalə Sultan

Oxşar xəbərlər

Qanunsuz saxlanılan odlu silah təhvil verildi

Kəmalə Sultan

Taylandda and içən yeni hökumət işinə başladı

Bugün TV

ABŞ: “Biz İranın nüvə proqramını ləngitməsini alqışlayırıq”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu