“Junior Eurovision” 2023 Nitsada keçiriləcək. Bu barədə müsabiqənin təşkilatçıları və Fransa televiziyasının nümayəndələri bildiriblər. Xatırladaq ki, qaydalara əsasən, müsabiqə təmsilçisi ötən il qalib gələn ölkədə keçiriləcək. Bildiyiniz kimi, 2022-ci ildə “Oh Maman“ mahnısı ilə fransalı 13 yaşlı müğənni Lissandro qalib olub. Bu, ölkənin son üç ildə ikinci qələbəsidir. Bu dəfə müsabiqə Fransanın Palais Nikaia məkanında baş tutacaq. Bu, 2001-ci ildə açılmış konsert salonudur.
“Parisdəki təsirli şoudan 2 il sonra 21-ci Eurovision “Junior Mahnı Müsabiqəsi” üçün Fransaya qayıtmaqdan şadıq. France Télévisions komandası bu noyabrda Nitsada həqiqətən sehrli bir şey yaradacaq – biz maraqlı şou gözləyirik” – icraçı nəzarətçi deyib.
“Junior Eurovision” 2023-ün 26 noyabr tarixinə təyin edilib. Müsabiqənin pərəstişkarları müsabiqənin şüarını və loqosunu gözləməli olacaqlar.
Mənbə: oxu.az