İdman

Jurnalist Anar Natiqoğlu “Qarabağ”-“Qalatasaray” qardaşlıq oyunundan yazır…

“Mən illər öncənin “Qalatasaray”lısıyam. Hələ 23 il öncə “Yeni Müsavat”ın idman yazarı olanda dostlar zarafatla səhifəmizə “Qalatasaray” səhifəsi deyirdi…O dövr UEFA, Avropa superkuboku qazanılan möhtəşəm, tarix yazdığı illəri idi “Cim-Bom”un. Redaktorumuz Şahin Cəfərli ilə birlikdə sarı-qırmızılı sevgili takımı həm sevir, həm hər xəbərini “döşəyirdik”.
Türk dünyasının qürur yeri idi “Qalatasaray”…
Sonradan bu cərgəyə daha bir türk takımı qoşuldu…İllərdir ki, həsrətini yaşadığımız Qarabağımızın adını daşıyan komanda. Qurban Qurbanovun başçılıq etdiyi Ağdamın “köhlən atlar”ı zəfərdən-zəfərə yürüdükcə sanki Ordumuzun və xalqımızın o doğma yurdlara qayıdışının müjdəsini verirdi. Bu gün tam olmasa da, işğalda olan ərazilərimizin böyük bir qisminə yetişmişik.
Qazimiz Muradın Xankəndində arzuladığı “Qarabağ” – “Qalatasaray” yoldaşlıq, daha doğrusu qardaşlıq matçı hələ ki Bakıda baş tutacaq bu gün…
Türkiyəli qardaşlarımızın yaşadığı zəlzələ faciəsinə dəstək amaclı matç Bakı vaxtilə 20-00 Bakı Olimpiya Stadionunda başlayacaq. Türk milləti zəfərinə sevindiyi kimi, dərdlərini də birgə yaşamağı, dəstək olmağı bilən millətdir. Qarabağda dosta, yoldaşa şirin ləhcəylə “QAQA” deyilir. Eynən bu gün meydana çıxacaq iki böyük takımımızın adlarının əvvəli kimi. Uğurlar sizlərə “QArabağ” – “QAlatasaray”, uğurlar QAQAlar!”

Anar Natiqoğlu

Bugün TV

Oxşar xəbərlər

İran DÇ-2026 oyunlarını Meksikada keçirmək istəyir

Aynur Camal

Beyin sağlamlığını qorumaq və insult riskini azaltmaq necə mümkündür

Aynur Camal

Mütəxəssislər: Qısa hərəkət zehni yorğunluğu azaltmağa kömək edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu