33 C
Baku
25 İyul 2025, 16:53
Baş xəbərDigər

Tanınmış aparıcı energetiklərə təlim keçib

Bugun.tv xəbər verir ki, tanınmış aparıcı, “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Günel Gözəlova Azərbaycan Respublikası Energetika Nazirliyi əməkdaşlarına təlim keçib.

O, bu haqda öz facebook hesabında paylaşım edib. “Bu gün çox yada qalan gün oldu. Energetika Nazirliyinin əməkdaşlarına öz təcrübəmi bölüşdüm. Çox peşəkar, ən əsası bu gün bir sıra komandalarda az rast gəlinən məsuliyyətli insanlarla tanış oldum, zövq aldım. Məqsəd öyrətmək yox, təcrübə mübadiləsi idi”, – G.Gözəlova bildirib.

Uzun illərin aparıcısı “Media ilə iş strategiyası” adlı təlimdə bir sıra vacib mövzulara toxunulduğunu, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdığını bildirib. Görüşün çox uğurlu keçdiyini vurğulayıb.

Mənbə: MinEnergy

Kəmalə Sultan

Oxşar xəbərlər

Bakı şəhər DYPİ paytaxtda yük avtomobillərinin hərəkəti ilə bağlı məsələlərə münasibət bildirdi

Kəmalə Sultan

İtaliyada temperatur Avropanın rekord səviyyəsinə yaxınlaşır

Kəmalə Sultan

Bakıda əlilliyi olan qadınların və qızların problemləri ilə bağlı seminar baş tutub

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu