8 C
Baku
28 Yanvar 2026, 14:07
Baş xəbər

Jurnalistlər üçün gender həssaslığı mövzusunda təlim keçirilib-FOTOLAR

Bugun.tv xəbər verir ki, Avropa İttifaqı və BMT-nin Əhali Fondunun dəstəyi ilə gender əsaslı cins seçiminin qarşısının alınmasında medianın rolu müzakirə olunub. Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan Nümayəndəliyi ölkənin aparıcı media qurumlarının təmsiçilərinin və tanınmış bloqerlərin iştirakı ilə ”Mediada gender həssaslığının artırılması” mövzusunda növbəti təlim təşkil edib.

Təlimin məqsədi oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçimi fenomeninə media və ictimaiyyətin diqqətini çəkmək, bu problemlə mübarizə istiqamətində aparılan milli təşviqat kampaniyasına medianı cəlb etməkdən ibarətdir.

“BMT-nin Əhali Fondu oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçimi kimi zərərli təcrübələrin qarşısının alınması, habelə qız uşaqlarının dəyərinin artırılması istiqamətində Azərbaycan mediası ilə sıx əməkdaşlıq edir. Ötən il jurnalistlər və bloqerlər üçün təşkil etdiyimiz təlim böyük maraqla qarşılandı və Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin pozulması problemini mətbuatın və sosial medianın gündəminə gətirdi. Builki təlim mediada gender həssalığının artırılması üçün nəzəri və praktik məlumatlarla zəngin bir məzmunu əhatə edirdi. Biz gender-əsaslı cins seçimi ilə mübarizədə və qız uşaqlarının dəyərini təşviqində medianın rolunun böyük olduğuna inanırıq”- deyə BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyin rəhbəri Fərid Babayev bildirib.

Qeyd edək ki, hazırda Azərbaycan doğulanlar arasında cins nisbətinin pozulduğu ölkələr arasında dünyada birinci yerdədir. 2022-ci ilin statistik göstəricilərinə görə, Azərbaycanda doğulan hər 100 qıza 112 oğlan düşür. 2021-ci ildə isə bu rəqəm hər müvafiq olaraq 100/116 nisbətində olub (100 qız, 116 oğlan).

Təlim müddətində BMT-nin Əhali Fondunun nümayəndələri, o cümlədən Azərbaycan və Türkiyədən olan mütəxəssislər “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivsində oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçiminin qarşısının alınması istiqamətində həyata keçirilən fəaliyyətlər və bu fenomenin səbəb ola biləcəyi mənfi nəticələr haqqında danışıblar.

Bugün TV

Oxşar xəbərlər

2025-ci ildə Türkiyədə arxeoloji kəşflər diqqət çəkib

Aynur Camal

Prezident “Bakı Karton və Qutu Fabriki” MMC müəssisəsinin açılışında iştirak etdi

Aynur Camal

Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu