Bugun.tv xəbər verir ki, “Dəmir Yumruq Alfa-A” cəmiyyətinin təşkilatçılığı ilə Milli Mətbuatın 148 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan himni səsləndirilb. Aparıcı, Media Tədris Mərkəzinin tələbəsi Səbinə Mirzəqızı çıxış edərək öncə hərkəsi salamlayıb, sonra mətbuatın tarixi keçmişinə nəzər salıb.
Çıxış üçün söz cəmiyyətin sədri Ülviyyə Vasifqızına verilib. O, jurnalistləri 22 iyul Milli Mətbuat günü ilə bağlı təbrik edərək, medianın Azərbaycanın ictimai-siyasi, sosial, mədəni həyatındakı rolunu önə çəkib. Jurnalistlərə hər zaman haqqın, ədalətin yanınıda olmağı, düzü düz, əyrini əyri yazmağı, Həsən bəy Zərdabi irsinə sadiq qalmağı arzulayıb. Fəaliyyətlərində uğurlar diləyib.
Tədbirdə qatılan şəhid anaları, media nümayəndələri və QHT rəhbərləri çıxış ediblər. Onlar dəvətə görə “Dəmir Yumruq Alfa-A” cəmiyyətinə təşəkkürlərini bildiriblər.
Milli Mətbuatın 148 illiyi ilə bağlı tədbirdə iştirak edən “Bu gün TV Media Qurumu”nun rəhbəri, Əməkdar jurnalist Elnarə Dərziyeva mətbuatımzın dünənindən və bu günündən danışıb. Texnologiyanın inkişafının bu sahəyə təsirindən, bunun müsbət və mənfi tərəflərindən söz açıb. Bütün jurnalistləri ədalətli, qərəzsiz və vicdanlı olmağa çağırıb. 44 günlük Vətən müharibəsində televiziya jurnalistlərinin böyük və danılmaz fəaliyyətinə diqqət çəkib.
“İkinci Qarabağ savaşında bütün diqqətlər telekanallara yönəlmişdi. Çünki Xalq məhz televizya jurnalistlərdən düzgün informasiya ala biləcəklərinə inanırdılar. Cənab Prezdent, Ali Baş Komandan İlham Əliyevin qələbə xəbərlərini izləmək üçün milyonlarla insan məhz televiziyaların qarşısına toplaşırdı. Bəli, bizə işğaldan azad olunan torpaqlarımızın qələbə sevincini yaşadan Milli Ordumuz və telekanallarımız oldu. Azərbaycan həqiqətləri dünyaya yayıldı. Biz, informasiya müharibəsinin də qalibi olduq. Bir gün tarixi torpaqlarımız olan İrəvandan, Güney Azərbaycandan da qələbə xəbərlərini televiziya jurnalistləri sizlərə çatdıracaq. Və o gün heç də uzaq da deyil! Bütöv Azərbaycan naminə çalışan, imzasına hər zaman hörmətlə yanaşan, ləyaqətli media mənsublarına peşə fəaliyyətlərində uğurlar arzulayıram”, – E.Dərziyeva əlavə edib.
Sonra media nümayəndələri Fəxri diplomlarla təltif olunublar.
Müxbir: İntizar Əmirova