Səudiyyə Ərəbistanı hicri 1447-ci ilin əvvəlində Kəbənin örtüyünü yenilədi.
Səudiyyə Ərəbistanında Məscidül-Həram və Peyğəmbər Məscidinin İşləri üzrə Baş İdarə Kəbə örtüyünün dəyişdirilməsinin ötən gecə 154 nəfərlik ekspert qrupu tərəfindən həyata keçirildiyini açıqlayıb.
48 ədəd, 1415 kiloqramlıq örtünün dəyişdirilməsi prosesi saatlarla çəkdi. Kəbənin örtüyünün hazırlanmasında təxminən 825 kiloqram xalis ipək, 180 kiloqram gümüş və qızıldan istifadə olunub.
Yenisi ilə əvəz edilən köhnə örtük zəmzəm suyu ilə yuyularaq muzeylərdə nümayiş olunmaq üçün İslam ölkələrinə göndərilir.
Gümüş və qızıldan hazırlanmış Kəbə kəmərində Quran ayələri var.
Dünyanın ən böyük tikiş maşını ilə istehsal edilmişdir
Kəbə örtüyü Məkkədə Kral Əbdüləziz Kisve Kompleksində istehsal olunur. Kompleksdə 200-ə yaxın usta və inzibati heyət çalışır. Bundan əlavə, uzunluğu 16 metr olan və kompüter dəstəyi ilə işləyən dünyanın ən böyük tikiş maşını da burada yerləşir.
Səudiyyə Ərəbistanı hər il Zilhiccə ayının 9-u, Ərəfə günü Kəbənin örtüyünü dəyişdirirdi, lakin 2022-ci ildə bu adət dəyişdirildi və örtünün yenilənməsi hicri ilin birinci günü Məhərrəm ayının 1-ə keçirildi.
Mənbə: TrtHaber