7 C
Baku
21 Dekabr 2025, 10:21
Baş xəbər

Kərim Vəliyev Marat Xusainov ilə görüşüb

Bugün.tv Müdafiə Nazirliyinə istinadən bildirir ki,  Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin  Qərargah Rəisləri Komitəsinin Bakıda keçirilən növbəti iclası çərçivəsində Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qazaxıstan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Marat Xusainov ilə görüşüb.

Tərəflər Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd ediblər.

Əlavə olaraq, Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, səmimi qəbula görə öz minnətdarlığını bildirib. General-leytenant M.Xusainov Qazaxıstanın da Azərbaycan ilə hərbi əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdıraraq bunun hər iki ölkənin maraqlarına cavab verdiyini vurğulayıb.

Müdafiə Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Afrika çatı: Yeni qitə formalaşır

Aynur Camal

İlham Əliyev idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi – SİYAHI

Bugün TV

Avrasiya Tunelində təmir işləri: Trafikə bağlanacaq

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu